“Türkiyə və ya Azərbaycan hava məkanında istiqamətini və ya yolunu itirmiş raket görmək istəmirik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib.
Bağçalı son günlər baş verənlərlə bağlı İrana xəbərdarlıq edib:
“Türkiyə qonşuluq hüququnu qorumaq istəyir. Lakin Türkiyə elə bir ölkə deyil ki, istəyən raket atsın. Bunu açıq şəkildə bildiririk. Bir daha Türkiyə və ya Azərbaycan hava məkanında istiqamətini və yolunu itirmiş bir raket görmək istəmirik”.
Əli Hüseynov
Bakı 




