• Bakı 10° C

    8.05 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Bakıda zabit faciəvi şəkildə öldü - FOTO

CƏMİYYƏT

09 Aprel 2026 | 16:15

Bakıda zabit faciəvi şəkildə öldü - FOTO

Bakıda Xətai rayonunda kişi binadan yıxılaraq faciəvi şəkildə ölüb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində həyatını itirən Aydınlı Müzəffər İlham oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq əməkdaşı olub.

Məsələ ilə bağlı qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib: “Aydınlı Müzəffər 2 il əvvəl - 2024-cü ilin aprel ayından öz arzusu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən ehtiyata buraxılıb. Dövlət Xidməti adından ailəsinə və yaxınlarına başsağlığı veririk”.

Qeyd edək ki, ehtiyatda olan mərhum leytenantın nəşi bu gün Naxçıvana aparılacaq. Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR