Livan ABŞ–İran atəşkəs razılaşmasına daxil edilməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvette Kuper “Sky News“a müsahibəsində deyib.
İvette Kuper bildirib ki, İsrailin Livana endirdiyi zərbələr onu “dərin şəkildə narahat edir”.
“ABŞ və İran iki həftəlik atəşkəsə razılaşıb, lakin İsrail Livanın bu razılaşmaya daxil olmadığını bildirərək ölkəyə hücumları xeyli artırıb. Biz atəşkəsin Livana da şamil olunmasını görmək istəyirik. Dünən İsrailin Livanda həyata keçirdiyi artan hücumlardan dərin narahatam. Humanitar nəticələri, insanların kütləvi şəkildə köçürülməsini gördük. Buna görə də atəşkəsin Livana da şamil olunmasını qəti şəkildə istəyirik”, - o vurğulayıb.
Nazir, eyni zamanda, hazırda İrana tətbiq olunan atəşkəsin qorunub saxlanması və ən əsası Hörmüz boğazının yenidən açılmasının vacibliyini qeyd edib.
Bakı 




