• Bakı C

    7.88 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Azərbaycan manatının dövretmə sürəti azalıb

İQTİSADİYYAT

27 Dekabr 2025 | 11:18

Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu il dekabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,07 bənd az, ilin əvvəli ilə müqayisədə 0,07 bənd az, ötən il dekabrın 1-nə nisbətən isə 0,19 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.


SON XƏBƏRLƏR

26 Dekabr 2025