• Bakı C

    7.88 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb

HADİSƏ

27 Dekabr 2025 | 11:45

Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 20 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

    Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


    SON XƏBƏRLƏR

    26 Dekabr 2025