Bakıda hoteldə qətl törədilib.
Bakıvaxtı.az-ın qafqazinfo-ya istanadla xəbərinə görə, hadisə yanvarın 25-i saat 19 radələrində “Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də qeydə alınıb.
Belə ki, hoteldə ofisiant işləyən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.
Hadisənin hotelin digər ofisiantı, Abşeron sakini, 1992-ci il təvəllüdlü Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
S.Manafov polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Bakı 




