• Bakı 15° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

86 nəfər saxlanıldı

HADİSƏ

26 Yanvar 2026 | 10:18

86 nəfər saxlanıldı

Yanvarın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 42 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR

02 Aprel 2026