• Bakı C

    9.26 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Çin xarici ticarətlə bağlı qanunu yeniləyib

DÜNYA

27 Dekabr 2025 | 09:36

Çin xarici ticarətlə bağlı qanunu yeniləyib

Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi 2026-cı il martın 1-də qüvvəyə minəcək "Xarici ticarət haqqında" qanunu yeni redaksiyada qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Sənəd milli suverenliyin və inkişaf maraqlarının qorunmasına dair mexanizmləri təsbit edir, həmçinin ticarət sahəsində cavab tədbirləri görmək üçün hüquqi alətləri genişləndirir.

Bundan əlavə, qanun intellektual mülkiyyətin müdafiəsinin gücləndirilməsini və Çin normalarının beynəlxalq standartlarla fəal şəkildə əlaqələndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Çinin "Xarici ticarət haqqında" qanunu 1994-cü ildən qüvvədədir. Hazırki redaksiya 11 fəsildən ibarətdir.


SON XƏBƏRLƏR

26 Dekabr 2025