• Bakı C

    9.26 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Çin əhalisinin sayı azalır

    DÜNYA

    26 Yanvar 2026 | 09:02

    Çin əhalisinin sayı azalır

    Çində əhalinin sayı ardıcıl olaraq dördüncü ildir azalır. 2025-ci ildə bu göstərici 3 milyon 390 min azalaraq 1 milyard 405 milyona düşüb.

    Bakıvaxtı.az ölkənin Milli Statistika Bürosuna istinadən  xəbər verir ki, ötən il Çində 7 milyon 920 min uşaq doğulub. 

    Bu, son onilliklərdə qeydə alılnmış ən aşağı göstəricidir. Ölüm halları isə 2024-cü ildə olduğundan yüksək olub – 11 milyon 310 min. 

    Çin əhalisinin sayı son 60 ildə ilk dəfə 2022-ci ildən azalmağa başlayıb. Həmin il azalma 850 min, növbəti iki ildə isə ümumilikdə 3 milyondan çox olub.


    SON XƏBƏRLƏR

    25 Yanvar 2026