• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Meksika Prezidenti Maskı məhkəməyə verəcək

DÜNYA

25 Fevral 2026 | 00:05 | Müəllif: Subhan Mahmudov

Meksika Prezidenti Maskı məhkəməyə verəcək

Meksika Prezidenti Klaudiya Şeynbaum amerikalı sahibkar İlon Maskı liderin kartellərlə əlaqələri barədə şərhlərinə görə məhkəməyə verməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şeynbaum jurnalistlərə açıqlamasında bildirib.

"Bunu vəkillər edir", - Meksika lideri qeyd edib.

Qeyd edək ki, Mask daha öncə sosial mediada Şeynbaum haqqında "o, sadəcə kartel rəhbərlərinin dediklərini deyir" şərhini yazıb.

Xatırladaq ki, Meksikada dünyanın ən çox axtarılan narkobaronlarından biri El Menço zərərsizləşdirildikdən sonra narkokartelin üzvləri hüquq-mühafizə orqanlarına müharibə elan edib. İndiyədək onlarla təhlükəsizlik əməkdaşı və kartel üzvü ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026