• Bakı 10° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İran ABŞ ilə quru döyüşlərinə hazırlaşır - 1 milyondan çox döyüşçü...

DÜNYA

26 Mart 2026 | 22:28

İran ABŞ ilə quru döyüşlərinə hazırlaşır - 1 milyondan çox döyüşçü...

"Bir milyondan çox İran döyüşçüsü Amerika qüvvələri ilə mümkün quru döyüşləri üçün səfərbər edilib".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatlı hərbi mənbə "Tasnim" xəbər agentliyinə bildirib.

Qeyd edilib ki, ABŞ-nin İranın cənub cəbhəsinə quru hücumu başlatması "tarixi axmaqlıq" hesab olunur və bu ehtimal ilə bağlı artan fərziyyələr fonunda, İran quru döyüşçüləri arasında İran torpağında amerikalılar üçün "tarixi cəhənnəm" yaratmaq həvəsi artıb.

Mənbə qeyd edib ki, quru döyüşləri üçün bir milyondan çox döyüşçü təşkil etməklə yanaşı, son günlərdə İran gənclərinin Bəsic mərkəzlərinə, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və orduya kütləvi şəkildə axını olub və bu döyüşdə iştirak etmək istəyiblər.

Hərbi mənbə əlavə edib: "ABŞ intihar və özünü məhv etmə taktikaları ilə Hörmüz boğazını açmaq istəyir - bu, normaldır. Biz onların intihar strategiyasını həyata keçirməyə, eləcə də boğazın bağlı qalmasını təmin etməyə hazırıq".
 


SON XƏBƏRLƏR