• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Kiyevdə 800 mindən çox abonent işıqsızdır

DÜNYA

25 Yanvar 2026 | 23:46 | Müəllif: Subhan Mahmudov

Kiyevdə 800 mindən çox abonent işıqsızdır

Kiyevdə 800 mindən çox abonent işıqsız qalmaqdadır və bu vəziyyət 24 yanvardan bəri dəyişməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal deyib.

“Paytaxtda əvvəlkitək enerji təchizatı ilə bağlı problemlər var. Təcili elektrik kəsintisi qüvvədədir. Kiyevdə dünəndən bəri 800 mindən çox abonent işıqsız qalıb” - deyə nazir bildirib.

Qeyd edək ki, Rusiya hərbi qüvvələrinin Ukraynanın enerji infrastrukturlarına mütəmadi zərbələri səbəbindən elektrik enerjisinin verilişində ciddi problemlər yaşanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR