Britaniya hökuməti keçmiş şahzadə Endryu Mauntbetten-Vindzorun ölkənin Beynəlxalq Ticarət və İnvestisiya üzrə Xüsusi Nümayəndəsi vəzifəsindəki işi ilə bağlı sənədləri dərc edəcək.
Bakıvaxtı.az xəbər verir ki, Liberal Demokratlar tərəfindən Parlamentə təqdim edilən sorğu millət vəkilləri tərəfindən yekdilliklə dəstəklənib.
Sənədlər 2001-ci ildən 2011-ci ilə qədər olan on illik dövrü əhatə edir. Britaniya monarxının qardaşı bu vəzifədə olarkən hüquq-mühafizə orqanları tərəfindən qanun pozuntularına görə saxlanılıb.
Materialların nə vaxt dərc olunacağı açıqlanmayıb.
Bakı 




