• Bakı C

    7.88 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Ukrayna üçün 20 bəndlik sülh sənədi: Rusiya etiraz edir, ABŞ tələsir

SİYASƏT

27 Dekabr 2025 | 13:03

Ukrayna üçün 20 bəndlik sülh sənədi: Rusiya etiraz edir, ABŞ tələsir

 “ABŞ tərəfindən gündəmə gətirilən 28 bəndlik planın 20 bəndi Avropa İttifaqı və Ukrayna arasında razılaşdırılıb”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspert vurğulayıb ki, əslində əvvəlki 28 bəndlik sülh planı Rusiyanın təkidi ilə hazırlanmışdı:

“Ukrayna tərəfi Amerikalı tərəfdaşlarını inandıra bildilər ki, 28 bəndlik sülh planında hüquq aləmində presedentlər yaradacaq bəzi maddələr qəbuledilmədir.  

Nəticədə həmin 8 bənd plandan çıxarıldı və yerdə 20 bənd qaldı. Hələ müzakirələ gedir”.

Müsahibimiz qeyd edib ki, birinci şəxslərin görüşməsi, müəyyən qərarlar verilməsi, Ukrayna prezidentinin ağır şərtlərə baxmayaraq, 20 bəndlik sülh planını qəbul etməsi sadəcə müharibəni ilkin mərhələdə dayandırmağa hesablanmış addımlardır. Dediyinə görə, ABŞ bu planın tez zamanda qəbul edilməsinə çalışır. Amma Rusiyanın 20 bəndlik sənədi qəbul-etməyəcəyi sual altındadır. Yaxın günlərdə Moskvanın mövqeyini görəcəyik:

“Ancaq subyektiv fikrim odur ki, Rusiya sənədi olduğu kimi qəbul etməyəcək. Ona görə ki, sənəddə Ukraynanın gələcəkdə NATO üzvü olub-olmaması aydın göstərilməyib”.

Üzeyir Cəfərov: Ukrayna mütləq mənada NATO üzvü olacaq

Ü.Cəfərov bildirib ki,  Rusiyanın əsas tələbi, indiyədək əlində bəhanə kimi istifadə etdiyi rıçaqlardan biri məhz NATO-ya üzvlüklə bağlıdır. Lakin 20 bəndlik sənəddə ABŞ və Avropa İttifaqı hərbi alyansa üzvlük məsələsində Ukrayna üçün "açıq pəncərə" saxlayıblar.

“Mən də düşünürəm ki, Ukrayna mütləq mənada NATO üzvü olacaq. Sülh planı sadəcə keçid mərhələsi, yəni Tramp-Putin dönəmi üçün qəbul olunan sənəddir", - deyə Üzeyir Cəfərov əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Dekabr 2025