• Bakı 15° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Gideon Saar İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

SİYASƏT

26 Yanvar 2026 | 10:56

Gideon Saar İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı sosial media hesablarında paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycanın Prezidenti İlham Əliyev uzaqgörən bir liderdir və ölkəsini heyrətamiz nailiyyətlərə doğru aparır.
Bakıda çox maraqlı bir görüşümüz oldu və mən Prezidentə dostluğuna, həmçinin Azərbaycanda yəhudi icmasına göstərdiyi dəstəyə görə təşəkkür etdim.

Mən Bakıya İsrail şirkətləri və müxtəlif sahələri təmsil edən iqtisadi təşkilatlardan ibarət yüksək səviyyəli biznes-iqtisadi nümayəndə heyəti ilə gəldim.

Ortaq məqsədimiz enerji, müdafiə, su, kənd təsərrüfatı, turizm və digər sahələrdə tərəfdaşlığımızı daha da dərinləşdirməkdir. Biz strateji əlaqələrimizi gücləndiririk!”.


SON XƏBƏRLƏR

02 Aprel 2026