• Bakı 15° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

"Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkar edilib

CƏMİYYƏT

27 Dekabr 2025 | 10:11 | Müəllif: Əli Hüseynov

"Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkar edilib

"Uşaq oyuncaqları" adı altında gətirilən malların içindən bəyan olunmayan müxtəlif adda məhsullar aşkar edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi “Abşeron” gömrük postunda Çin xalq Respublikasından gətirilən yüklərə gömrük baxışı zamanı gömrük bəyannaməsində “yumşaq oyuncaq” kimi qeyd edilən yükün içərisində faktiki olaraq gömrük qanunvericiliyi pozulmaqla digər malların gətirildiyi müəyyən olunub.

    Nəzarət və eyniləşdirmə prosedurları zamanı gömrük orqanına bəyan edilməyən müxtəlif adda məişət əşyaları, idman malları, dəftərxana ləvazimatları və digər məhsullar aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Oktyabr 2026