• Bakı 26° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Kiyevdə PUA-ya abidə qoyuldu

DÜNYA

26 Dekabr 2025 | 22:01

Kiyevdə PUA-ya abidə qoyuldu

Ukraynanın paytaxtı Kiyevdə zərbə pilotsuz uçuş aparatına (PUA) abidə ucaldılıb. Bu PUA Rusiya-Ukrayna müharibəsi zamanı işğalçılar üçün qorxu simvoluna çevrilib.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin qeyri-rəsmi olaraq “Baba Yaqa” (“Küpəgirən qarı”) adlandırdığı PUA 50 kq-a qədər partlayıcı yük daşıya bilir.

Abidənin açılışı zamanı vurğulanıb ki, hətta Rusiya Prezidenti Vladimir Putin də canlı yayımlarda “Baba Yaqa”dan söhbət açıb.

Abidə şəhərdəki ictimai məkanda yerləşdirilib və Ukrayna Silahlı Qüvvələrinin texnoloji uğurlarını simvolizə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026