ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisi və onu müşayiət edən zərbə qrupu Yaxın Şərqdə yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, gəminin İran sərhədinə təxminən 400 kilometr məsafəyə qədər yaxınlaşdığı bildirilir.
Rəsmi Vaşinqton bu addımı bölgədə təhlükəsizliyin təmin edilməsi və ABŞ maraqlarının qorunması ilə izah edir.
Nəşr bildirir ki, ABŞ rəsmiləri hərbi mövcudluğun artırılmasının preventiv xarakter daşıdığını qeyd etsələr də, regionda gərginliyin artdığı diqqət çəkir./Globalinfo.az
Bakı 




