Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə Kiyevin Bankova küçəsindəki bunkerini göstərib.
Bakıvaxtı.az xəbər verir ki, Zelenski bildirib ki, 4 ildir bu bunkerdə yaşayır.
"Burada çox iş görülüb. Biz bu obyekti əvvəllər heç vaxt göstərməmişik", - deyə Zelenski 2022-ci ilin fevral ayında baş verən hərbi əməliyyatlara toxunaraq bildirib. Videoda həmçinin Zelenskinin münaqişənin əvvəlində digər liderlərlə telefon danışıqları apardığı ofisi, "Ukrayna Prezidentinin Ofisi" və "Nazirlər Kabineti" yazılan lövhələr dədə görünür.
Ukrayna prezidenti əlavə edib ki, döyüşlərin əvvəlində bunkerdə "yüzlərlə insan" olub.
Zelenski həmçinin bildirib ki, münaqişənin əvvəlində bunkerdəki ofisində o vaxtkı ABŞ Prezidenti Co Bayden də daxil olmaqla müxtəlif ölkələrin liderləri ilə danışıb. Ukrayna liderinin sözlərinə görə, ona dəfələrlə təhlükə barədə xəbərdarlıq edilib və Ukraynadan təxliyəsi söylənilsə də, bununla razılaşmayıb.
Bakı 




