Avropa Şurasının keçmiş Baş katibi və Norveçin eks-baş naziri Torbyorn Yaqland intihara cəhd edib.
Bakıvaxtı.az“Faytuks Network” portalına istinadən xəbər verir ki, adı məşhur “Epşteyn işi”ndə hallanan siyasətçi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Yaqlandın adı milyarder Ceffri Epşteynlə olan sıx əlaqələri üzə çıxdıqdan sonra ciddi korrupsiya qalmaqalının mərkəzinə düşüb. Araşdırmalar zamanı məlum olub ki, o, Epşteynin Nyu-York və Floridadakı mülklərində qalıb, həmçinin özünün və ailə üzvlərinin bütün xərcləri Epşteyn tərəfindən ödənilib. Bundan əlavə, Yaqlandın Epşteynin xüsusi adasına səfər etdiyi də sənədlərlə təsdiqlənib.
Hazırda “böyük korrupsiya” ittihamı ilə üzləşən 75 yaşlı siyasətçi günahı sübuta yetiriləcəyi təqdirdə 10 ilə qədər həbs cəzası ala bilər.
Xatırladaq ki, Torbyorn Yaqland 1996-1997-ci illərdə Norveçin Baş naziri, 2009-2019-cu illərdə isə Avropa Şurasının Baş katibi vəzifələrində çalışıb. O, həmçinin Nobel Sülh Mükafatı Komitəsinin üzvü kimi də fəaliyyət göstərib.
Bakı 




