• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

“Azpetrol” şirkəti də Ruslan Eyubova məxsus imiş...

CƏMİYYƏT

26 Dekabr 2025 | 20:10

“Azpetrol” şirkəti də Ruslan Eyubova məxsus imiş...

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilən Ruslan Eyubovun Azərbaycanda və xarici ölkələrdə çoxsaylı daşınmaz əmlaka və biznes obyektlərinə sahib olduğu bildirilir.

Bakıvaxtı.az-ın “Unikal”a istinadən məlumatına görə, ümumilikdə 109 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi və 1 sıxılmış təbii qaz (CNG) terminalı daxil olan “Azpetrol” şirkəti də Ruslan Eyubova məxsusdur.

R. Eyubov Prezidentin şəxsi mühafizə xidmətinin keçmiş rəhbəri Bəylər Eyubovun qardaşı oğludur və uzun illər ərzində böyük həcmdə sərvət toplayıb.

Xatırladaq ki, “Azpetrol” şirkəti daha əvvəl keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevə məxsus olub.


SON XƏBƏRLƏR