• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Suriyada məsciddə partlayış nəticəsində ölənlərin SAYI ARTDI

DÜNYA

27 Dekabr 2025 | 15:11 | Müəllif: Subhan Mahmudov

Suriyada məsciddə partlayış nəticəsində ölənlərin SAYI ARTDI

Suriyanın Homs şəhərində məsciddə baş verən partlayış nəticəsində azı 8 nəfər ölüb, 18 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ələvilərin sıx məskunlaşdığı rayonda yerləşən məsciddə baş verib. Bu, ölkədə keçid hakimiyyəti qurulandan sonra ibadət məkanında baş verən ikinci partlayışdır. Bundan əvvəl, iyunda Dəməşqin bir kilsəsində intihar partlayışı nəticəsində 25 şəxs ölmüşdü.

Suriyanın daxili işlər naziri Ənəs Xəttab partlayışın arxasında duranların tezliklə tapılıb ədalət mühakiməsinə çıxarılacağını vəd edib. Bildirib ki, bu hadisə Suriyada təhlükəsizlik və sabitliyi sarsıtmaq məqsədi güdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026