Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) intihar etmiş əməkdaşının sağlamlıq durumu ilə bağlı problemləri olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DTX-dan bildirilib.
Qeyd olunub ki, həmin şəxs bir neçə ay öncə xaricdə bariatrik əməliyyat olunub.
"Əməkdaşımızın səhər tezdən işə gələrək silahını götürüb xidməti ərazini tərk etdiyi məlum olub. Daha sonra isə avtomobilində güllə yarası ilə ölü tapılıb, yan oturacaqda isə məktub aşkarlanıb”, - DTX-nın məlumatında deyilir.
***
13:32
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) binası yaxınlığında parkinq edilmiş avtomobildə meyit aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, həmin şəxsin intihar etdiyi ehtimal edilir.
Yayılan məlumatlara əsasən, o, DTX-nın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin əməkdaşı olub və avtomobilində odlu silahla özünü öldürüb.
Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.
Gürcüstanın Baş Prokurorluğu faktla bağlı istintaqa başlayıb. Qurumdan bildirilib ki, hadisə yerinə baxış zamanı odlu silah və yan oturacaqda aşkarlanmış məktub müsadirə edilib./APA
Bakı 




