İran yanvar ayının əvvəlindən qüvvədə olan ölkədə beynəlxalq internetə girişə qoyulan məhdudiyyətləri aradan qaldırır.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, hazırda bütün sektorlarda milli internet platformasında olan məhdudiyyətlər aradan qaldırılıb, həmçinin artıq yanvarın 19-dan başlayaraq beynəlxalq internet məhdudiyyətləri də tədricən götürülür.
"İranın Prezidenti Məsud Pezeşkian müvafiq orqanlara ünvanladığı məktubda internet bazarını canlandırmaq və cəmiyyətin beynəlxalq internetə çıxışını təmin etmək üçün bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib. Bu proses hazırda həyata keçirilmə mərhələsindədir", - agentliyin həmsöhbəti bildirib.
Bakı 




