• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rayonlara qar yağıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

27 Dekabr 2025 | 10:54 | Müəllif: Əli Hüseynov

Rayonlara qar yağıb - FAKTİKİ HAVA

Dekabrın 27-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 9, Daşkəsəndə 6, Şahbuzda 4, Xaltanda 2, Şəkidə (Kişçay) 1 sm-dir.

    Düşən yağıntının miqdarı Gədəbəydə 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Lənkəran, Biləsuvar, Neftçala, Sabirabad, Göyçay, Yevlax, Mingəçevir, Tərtər, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Qubada 1 mm-dir.

    Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026