Rusiya və ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxınlaşıb, tərəflərin son dəfə cəhd etməsi lazımdır.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya" telekanalının "60 dəqiqə" proqramında deyib.
"Düşünürəm ki, 2025-ci il dekabrın 25-də hamımızın yaddaşında həqiqətən də həllə yaxınlaşdığımız bir hədd kimi qalacaq, lakin son cəhdi edib razılaşmaya çıxa biləcəyikmi? Bax bu, qarşı tərəfin siyasi iradəsindən asılıdır", - diplomat bildirib.
Onun sözlərinə görə, əgər tərəflər Ankoricdə razılaşdırılan məsələlərdən uzaqlaşsalar, heç bir kompromis əldə etmək mümkün olmayacaq. O, həmçinin əlavə edib ki, Rusiya Ukraynanı dost ölkə kimi görmək istərdi.
Ryabkov qeyd edib ki, Moskva Avropa ilə əlaqələrə açıqdır, lakin onlar tərəfdən buna hazırlıq müşahidə olunmur.
Bakı 




