• Bakı C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Fransa ələ keçirdiyi tankerin kapitanını saxladı

DÜNYA

25 Yanvar 2026 | 18:16

Fransa ələ keçirdiyi tankerin kapitanını saxladı

Fransanın Hərbi Dəniz Qüvvələri tərəfindən qeydiyyat məlumatlarının uyğunsuzluğu şübhəsi ilə ölkənin cənub sahillərində əvvəllər nəzarətə götürülmüş "Grinch" tankerinin kapitanı ilkin istintaq çərçivəsində saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Marsel Prokurorluğu məlumat yayıb.

"24 yanvar 2026-cı ildə "Grinch" tankerinin kursunun dəyişdirilməsindən və Fos-sur-Mer körfəzində dayanacağa çatdıqdan sonra gəminin kapitanı Fransanın Hərbi Dəniz Qüvvələri tərəfindən məhkəmə orqanlarına təhvil verilib. Daha sonra 58 yaşlı Hindistan vətəndaşı Marsel Prokurorluğu tərəfindən 22 yanvar 2026-cı ildə başlanmış ilkin istintaq çərçivəsində saxlanılıb", - bəyanatda bildirilib.

Qeyd olunub ki, "Grinch" tankerinin ekipaj üzvlərinin hamısı Hindistan vətəndaşlarıdır.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron yanvarın 22-də Rusiyadan gələn neft tankerinin saxlanıldığını bildirmişdi.


SON XƏBƏRLƏR

24 Yanvar 2026