"İran nüvə proqramı ilə bağlı vəziyyəti həll etmək üçün diplomatik vasitələrə üstünlük verir, lakin milli maraqlarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu hökumətin sözçüsü Fatimə Mühaciran bildirib.
"İran müharibədənsə diplomatiyaya üstünlük verir. Müharibə və diplomatiya ləyaqəti və milli maraqları qorumaq üçün istifadə edilən iki strategiyadır. Düşmən tərəfindən edilən hər hansı bir səhv hesablamanın qarşısını almaq üçün bütün çəkindirmə vasitələrindən istifadə edəcəyik", - deyə o, həftəlik brifinqdə bildirib.
Aynur Babazadə
Bakı 




