• Bakı C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

Mirzoyan Türklə sülh prosesini müzakirə etdi

DÜNYA

24 Fevral 2026 | 15:11

Mirzoyan Türklə sülh prosesini müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Cenevrədə BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ararat Mirzoyan və Volker Türk insan hüquqlarının müdafiəsi sahəsində prioritetlər, beynəlxalq insan hüquqları sisteminin üzləşdiyi mövcud çətinliklər və əməkdaşlığın əsas sahələri barədə fikir mübadiləsi aparıblar.

Nazir Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhün daha da institutsionallaşdırılması üçün İrəvanın yanaşmalarını təqdim etdi. Sülhün davamlı olaraq möhkəmləndirilməsi, etimad mühitinin yaradılmasına yönəlmiş addımlar, eləcə də münaqişədən təsirlənən əhalinin problemləri və humanitar məsələlərin həlli qeyd olunub.


SON XƏBƏRLƏR