"Çin hakimiyyəti ABŞ Dövlət Departamentinin son illərdə Çin Xalq Respublikasında gizli nüvə sınaqlarının keçirilməsi ilə bağlı ittihamlarını tamamilə əsassız hesab edir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin Silahsızlanma Məsələləri üzrə Fövqəladə və Səlahiyyətli Səfiri Şen Cianq bildirib.
On vurğulayıb ki, Pekin Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinin məqsəd və vəzifələrini qətiyyətlə dəstəkləyir. Şen Cianq qeyd edib ki, Vaşinqton bu cür fəaliyyətlərə moratorium qoymaqla bağlı öhdəliklərinə əməl etməli və bu məsələdə qlobal konsensusu dəstəkləməlidir.
Daha əvvəl ABŞ Dövlət Katibinin Silahlara Nəzarət və Yayılmama üzrə köməkçisi Kristofer Yanq Rusiya və Çinin son illərdə aşağı məhsuldarlıqlı nüvə sınaqları keçirdiyini bildirmişdi. Onun sözlərinə görə, bu, Çində, xüsusən də 22 iyun 2020-ci ildə Sincan Uyğur Muxtar Rayonunun (ölkənin şimal-qərbində) Lobnor gölü yaxınlığındakı sınaq poliqonunda baş verib.
Əli Hüseynov
Bakı 




