• Bakı 13° C

    6.97 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

“Rusiya Fransanı hədəf ala bilər” – Zelenskidən kritik AÇIQLAMA

DÜNYA

26 Mart 2026 | 09:37

“Rusiya Fransanı hədəf ala bilər” – Zelenskidən kritik AÇIQLAMA

Rusiya Belarusda uzunmənzilli hücum dronları üçün dörd yerüstü idarəetmə stansiyası, eləcə də işğal altında saxladığı Ukrayna ərazilərində naməlum sayda analoji baza yerləşdirməyi planlaşdırır.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Onun sözlərinə görə, Moskva müvəqqəti işğal olunmuş Ukrayna ərazilərində uzunmənzilli dronlar üçün əlavə idarəetmə stansiyaları yaratmağa, həmçinin Belarus ərazisində dörd stansiya yerləşdirməyə hazırlaşır.

Zelenski vurğulayıb ki, belə infrastrukturun Belarusda qurulması Rusiyaya dronların uçuş məsafəsini Qərbə doğru genişləndirmək imkanı verə bilər. Bu isə şərqi Fransa da daxil olmaqla, Avropanın böyük hissəsi üçün yeni təhlükə yaradır və bir sıra ölkələrdə narahatlıq doğurur.

Hazırda Rusiyanın istifadə etdiyi, əvvəlcə İran dizaynı əsasında hazırlanmış, sonradan isə Moskva tərəfindən kütləvi şəkildə istehsal olunan “Şahed” tipli dronların uçuş məsafəsi 1800–2500 kilometr arasında qiymətləndirilir. Bu göstərici Rusiyaya Minskdən Fransanın şərqindəki bəzi bölgələrə belə zərbə endirmək imkanı verir.

Aydın Baxış


SON XƏBƏRLƏR

25 Mart 2026