• Bakı 20° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Netanyahu: Tramp İrana çox güclü təzyiq göstərir

DÜNYA

24 Aprel 2026 | 23:23 | Müəllif: Subhan Mahmudov

Netanyahu: Tramp İrana çox güclü təzyiq göstərir

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İrana çox güclü iqtisadi və hərbi təzyiq göstərdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o "X" sosial şəbəkəsindəki videomüraciətində Trampla bu yaxınlarda telefon danışığı apardığını qeyd edərək bildirib.

"Mən sizə söz vermişdim ki, biz Yaxın Şərqin simasını dəyişəcəyik və məhz bunu da edirik. İlk növbədə - İran. Prezident Trampla əla danışığım oldu. O, İrana çox güclü təzyiq göstərir - həm iqtisadi, həm də hərbi. Biz tam koordinasiyada fəaliyyət göstəririk", - Netanyahu qeyd edib.

O, əlavə edib ki, analoji yanaşma Livana münasibətdə də tətbiq edilir. Onun sözlərinə görə, İsrail Livanla tarixi sülh prosesinə başlayıb, lakin radikal "Hizbullah" qruplaşması bunu pozmağa çalışır.

"Biz istənilən təhdidə qarşı tam fəaliyyət azadlığını qoruyub saxlayırıq. Dünən hücum etmişik və bu gün də hücum edirik. Biz İsrailin şimal sakinlərinin təhlükəsizliyini bərpa etməkdə qərarlıyıq", - Netanyahu deyib./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026