• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Trampın tarifləri büdcə gəlirlərini artırıb

DÜNYA

26 Mart 2026 | 08:47 | Müəllif: Əli Hüseynov

Trampın tarifləri büdcə gəlirlərini artırıb

ABŞ Prezidenti Donald Tramp tərəfindən ötən il tətbiq edilən tariflər ölkənin iqtisadi artımına məhdud təsir göstərsə də, federal gəlirlərin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu və ölkənin Çin ilə ticarət əlaqələrinin kəsilməsi prosesini sürətləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Brukinqs İnstitutunun 25 mart ərəfəsində dərc etdiyi yeni araşdırmada bildirilir.

Sənədə görə, tarif siyasətinin ABŞ iqtisadiyyatına qısamüddətli təsiri minimal olub. Tədqiqatın müəllifləri qeyd edirlər ki, ABŞ-ın iqtisadi rifahına xalis təsir ticarət şərtlərindəki dəyişikliklər və tələbin yerli istehsal mallarına yönəlmə dərəcəsi ilə bağlı fərziyyələrdən asılı olaraq ÜDM-in 0,1% artımından 0,13% azalmasına qədər dəyişib.

Eyni zamanda, tədqiqat göstərir ki, tətbiq edilən tariflər federal gəlirləri artırıb və Vaşinqtonla Pekin arasında ticarət əlaqələrinin daha da zəifləməsinə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026