• Bakı 28° C

    10.67 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Durov Rusiyada terrorçu elan edilə bilər

DÜNYA

24 Fevral 2026 | 13:00

Durov Rusiyada terrorçu elan edilə bilər

Teleqramın qurucusu Pavel Durovun hərəkətləri Rusiyada terror fəaliyyətinin təşviqi ilə bağlı cinayət işi çərçivəsində araşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mediası FTX-nin materiallarına istinadən məlumat yayıb.

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin hesabatlarına görə, 2022-ci ildən bəri Teleqram vasitəsilə törədilən cinayətlərin sayı 153 mini keçib:

“Bunlardan 33 mini təxribat, terror və ekstremist xarakterli cinayətlər olub. FTX Teleqram vasitəsilə planlaşdırılan 475 terror aktının qarşısını alıb. Qarşısı alınan cinayətlər arasında ukraynalı kuratorların təsiri ilə yeniyetmələr tərəfindən məktəblərdə planlaşdırılan 61 kütləvi qətl hadisəsi də var”.

Qeyd edək ki, Rusiyada Teleqramın fəaliyyəti məhdudlaşdırılıb. Aprel ayında isə sözügedən şəbəkənin tamamilə əngəllənəcəyi gözlənilir./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyul 2026