• Bakı C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Mingəçevirdə yeni tekstil layihəsi - minlərlə iş yeri yaradılacaq

CƏMİYYƏT

24 Fevral 2026 | 11:41

Mingəçevirdə yeni tekstil layihəsi - minlərlə iş yeri yaradılacaq

Sənaye zonalarında yeni layihələr çərçivəsində əlavə iş yerlərinin yaradılması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi tərəfindən keçirilən mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, ümumilikdə 3 min nəfərlik yeni iş yerlərinin yaradılması planlaşdırılır. Xüsusilə Mingəçevir şəhərində 153 milyon manat dəyərində tekstil layihəsinin icrası nəzərdə tutulur. Layihə çərçivəsində 2300 yeni iş yerinin açılması gözlənilir.

Qeyd olunub ki, qarşıdakı dövrdə sənaye zonalarında dayanıqlı və rəqabətqabiliyyətli inkişafın təmin olunması istiqamətində tədbirlər davam etdiriləcək. 2026-cı ildə də bu sahədə yeni təşəbbüslərin reallaşdırılması planlaşdırılır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

23 Fevral 2026