• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Sumqayıt əhalisinin NƏZƏRİNƏ: 14 min sakin...

CƏMİYYƏT

26 Mart 2026 | 08:49 | Müəllif: Əli Hüseynov

Sumqayıt əhalisinin NƏZƏRİNƏ: 14 min sakin...

Sumqayıt şəhərində 14 min abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz İB" Sumqayıt QİS-dən Bakıvaxtı.az-a bildirilib ki, 26.03.2026-cı il tarixində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi istiqamətində yerləşən, Xəzər bağları, 22-ci məhəllə, 26-cı məhəllə, Təzə kotec və Köhnə kotec qəsəbələrinin qaz təchizatını təmin edən orta təzyiqli, PE-250 mm-lik qaz kəmərində sızma aşkarlanıb.

Qeyd olunub ki, sızmanın aradan qaldırılması və qəzanın qarşısının alınması məqsədilə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq həmin ərazilərdə ümumilikdə 14 min abonentin qaz təchizatında 26 mart saat 10:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti fasilə yaranacaq.

Bundan əlavə, təmir işləri müddətində Sumqayıt bulvarı ərazisində yaşayan abonentlərin də qaz təchizatında fasilə olacağı bildirilib.

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026