• Bakı C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

Rusiyalı aktrisa faciəli şəkildə öldü - FOTO

DÜNYA

24 Fevral 2026 | 14:50

Rusiyalı aktrisa faciəli şəkildə öldü - FOTO

Rusiyalı aktrisa Kristina Kulişenko Sankt-Peterburqda yerləşən əyləncə məkanlarından birində xoşagəlməz hadisə ilə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, aktrisa dostu ilə birlikdə "pub"lardan birində istirahət edərkən mübahisə yaranıb. İddialara əsasən, onun yanında olan şəxs spirtli içkinin təsiri altında digər müştərilərlə münaqişəyə girib. Gərginlik qısa müddətdə böyüyərək dava ilə nəticələnib.

Bildirilir ki, hadisə zamanı aktrisaya da zərbələr endirilib. O, üz nahiyəsindən xəsarət alaraq xəstəxanaya aparılıb. Həkimlər tərəfindən aparılan müayinədən sonra Kulişenkoya qançır və hematoma diaqnozu qoyulub.

Hazırda insidentlə bağlı araşdırma aparıldığı qeyd olunur./Milli.Az


SON XƏBƏRLƏR