"Təhsilverənlər üçün “Müəllim” mobil tətbiqi istifadəyə verilir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, tətbiq müəllimlərin gündəlik işini asanlaşdırmaq, təhsil prosesində rəqəmsal idarəetməni təmin etmək məqsədilə hazırlanmış rəsmi platformadır.
"Müəllimlər sistem vasitəsilə dərs prosesini daha operativ şəkildə idarə edə, məlumat mübadiləsini sürətləndirə biləcəklər", - deyə Vüsal Xanlarov qeyd edib.
Aynur Babazadə
Bakı 




