Azərbaycanda özəl sənaye məhəllələrinin yaradılması istiqamətində hüquqi baza artıq formalaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi tərəfindən keçirilən mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, özəl sənaye məhəllələri dövlət, özəl və bələdiyyə torpaqlarında yaradıla bilər. Qərarlar sahibkarların təşəbbüsü əsasında qəbul edilir. Sahibkarların müraciətinə uyğun olaraq investor qeydiyyata alınır və müəyyən edilmiş şərtlər çərçivəsində sənaye məhəlləsi statusu əldə edir.
Qeyd olunub ki, 2025-ci ilin dekabr ayınadək İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2 özəl sənaye məhəlləsi qeydə alınıb.
Vurğulanıb ki, bu mexanizm regionlarda sahibkarlığın inkişafına və istehsal imkanlarının genişləndirilməsinə əlavə təkan verəcək.
Zeynəb Rzayeva
Bakı 




