“Azərbaycan və Ermənistan arasında yekun sülh sənədi həm tərəflərin özü, həm Cənubi Qafqaz regionu üçün çox vacibdir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sülh sazişi sənədinin mətninin paraflayıbblar və sonrakı dönəmdə sülh yonündə bir sıra ciddi addımlar atılıb:
“Hazırda sülh sənədi ilə bağlı texniki məsələlər qalıb. Əgər qısa müddətdə həmin məsələlər də aradan qaldırılarsa, yekun sənədə imza atmaq mümkün olar”.
Müsahibimiz vurğulayıb ki, mühüm məqamlardan biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi və referendumun keçirilməsidir. Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərindən, yəni seçkidə Paşinyanın qələbə qazanmasından sonra bu istiqamətlərdə addımların atılacağı gözlənilir.

İlqar Vəlizadə: Regionda qalıcı sülh olarsa, revanşistlər və onları dəstəkləyənlər geriyə yol olmadığını dərk edəcəklər
Dediyinə görə, ancaq problem ondadır ki, hələ də Ermənistanda müxalif siyasi partiyalar və ictimaiyyət arasında, o cümlədən erməni diasporunda Azərbaycanla sülh sazişinin imzalanması məsələsində fərqli yanaşmalar mövcuddur. Politoloq hesab edir ki, revanşistlərin iddiaları siyasi səviyyədə dəstəklənərsə, o halda regionu yeni münaqişə, müharibə gözləyə bilər:
“Bunların baş verməməsi, eyni zamanda bölgənin sabitliyi və təhlükəsizliyi üçün tərəflər arasında yekun sülhün əldə olunması vacibdir”.
İ.Vəlizadəyə görə, son dönəmdə regionda proseslər qeyri-müəyyən hadisələr trayektoriyası ilə hərəkət edir. Azərbaycan sülh sənədinə imza atmaq üçün tələsməsə də, prosesi sürətləndirməyə çalışır:
“Çünki regionda qalıcı sülh olarsa, revanşist qüvvələr və onları dəstəkləyən siyasi dairələr geriyə yol olmadığını dərk etsinlər".
Aydın Baxış
Bakı 




