• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İran Trampın təklifini qəbul etmədi: Şərtlər irəli sürdü

SİYASƏT

25 Mart 2026 | 18:45 | Müəllif: Zeynəb Rzayeva

İran Trampın təklifini qəbul etmədi: Şərtlər irəli sürdü

İran Trampın atəşkəs təklifini qəbul etməyib, öz şərtlərini irəli sürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmisi Press TV-yə danışıb.

    Mənbənin məlumatına görə, rəsmi Tehran müharibənin bitmə tarixinin və şərtlərinin yalnız İran tərəfindən müəyyən edilə biləcəyini ABŞ tərəfinə çatdırıb.

    “İran ABŞ prezidentinə müharibənin nə vaxt bitəcəyini diktə etməyə imkan verməyəcək. İran müharibəni özü qərar verdiyi zaman və yalnız öz şərtləri yerinə yetirildikdə bitirəcək”, - Press TV-yə danışan iranlı rəsmi vurğulayıb.

    O əlavə edib ki, Tehran tələbləri yerinə yetirilənədək müdafiəni davam etdirmək və düşmənə “ağır zərbələr” endirmək niyyətindədir.

    Rəsminin sözlərinə görə, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışıb və Tehran tərəfindən “həddi aşan” və ABŞ-ın döyüş meydanındakı uğursuzluqları ilə uyğun gəlməyən təkliflər irəli sürüb.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Noyabr 2026
    21 Noyabr 2026