q
  • Bakı 14° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Rəsmiyyət və reallıq: İranın xarici siyasətindəki "qırmızı xətlər"

SİYASƏT

24 Aprel 2026 | 15:09

Rəsmiyyət və reallıq: İranın xarici siyasətindəki qırmızı xətlər

"İranın xarici siyasət sistemi Vilayəti-Fəqih prinsipi üzərində qurulub. Bu modelə görə, xarici siyasətin əsas istiqamətlərini ali dini lider müəyyənləşdirir və idarə edir".

Bunu politoloq Əziz Əlibəyli real güc bölgüsünün İranın xarici siyasət kursunu necə formalaşdırdığından danışarkən Bakıvaxtı.az-a deyib.

Onmun sözlərinəı görə, Ayətullah Əli Xameneinin ölümündən sonra müəyyən dəyişikliklər baş versə də, idarəçilik modelinin özü dəyişməyib. Yeni ali lider kimi Müctəba Xamenei ön plana çıxıb və konstitusiyaya əsasən ən yüksək rəhbərlik səlahiyyətləri onun əlində cəmləşib.

Politoloq bildirib ki, xarici siyasətin strateji xətti - nüvə proqramı, İsraillə münasibətlər, eləcə də proksi qrupların idarə olunması kimi məsələlər bu institutun “qırmızı xətləri” sayılır. Lakin son dövrlərdə, xüsusilə ABŞ ilə aparılan danışıqlar fonunda görünür ki, real güc bölgüsündə ali liderin mütləq hakim statusu nisbətən zəifləyib. Bu da onu daha çox müxtəlif siyasi və hərbi qruplar arasında balans və konsensus yaradan fiqura çevirir:

"Eyni zamanda hökumət - prezident və Nazirlər Kabineti də xarici siyasətdə mühüm rol oynayır. Xüsusilə nüvə sazişi və regiondakı hərbi proseslərlə bağlı qərarlarda onların təsiri hiss olunur. Bununla belə, prezidentin qərarları həm ali lider, həm də İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir".

Əziz Əlibəyli: Bu struktur İranın xarici siyasətində “kölgə güc” kimi çıxış edir

Müsahibimiz bildirib ki, güc balansında mühüm aktorlardan biri də İslam İnqilabı Keşikçiləri Korpusu və onun xüsusi bölməsi olan Qüds Qüvvələridir. Bu struktur İranın xarici siyasətində “kölgə güc” kimi çıxış edir. Onlar regionda proksi qüvvələri idarə edir, o cümlədən Hizbullah kimi aktorlarla işləyir və asimmetrik mübarizə strategiyasını həyata keçirir:

"Son hadisələr göstərir ki, xüsusilə müharibədən sonrakı dövrdə Sepahın rolu daha da artıb və bir çox hallarda dominant mövqeyə yüksəlib. Bu isə xarici siyasətin daha sərt, ideoloji və konfrontativ xətt üzrə formalaşmasına səbəb olur. Anti-Amerika və anti-İsrail ritorikası güclənir, “inqilabın ixracı” ideyası isə praktik alətlər vasitəsilə həyata keçirilir".

Ə.Əlibəyli bununla yanaşı qeyd edib ki, daxildə də müəyyən gərginliklər mövcuddur və bu gərginliklər xarici siyasət qərarlarına birbaşa təsir edir:

"ABŞ ilə danışıqlarda isə hökumət daxilindəki fiqurlar - xüsusilə diplomatik qanadı təmsil edən şəxslər və parlament rəhbərliyi ilə yanaşı, Sepah da əsas güc mərkəzlərindən biri kimi çıxış edir. Bu isə İranın xarici siyasətinin vahid mərkəzdən deyil, paralel güc strukturlarının təsiri altında formalaşdığını göstərir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR