q
  • Bakı 13° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

“Bu nə havadır?” sualının cavabı - VİDEO

CƏMİYYƏT

24 Aprel 2026 | 10:50

“Bu nə havadır?” sualının cavabı - VİDEO

Aprel ayı olmasına baxmayaraq, hava şəraiti sabitləşmir. Bir gün yay istiliyini xatırladan temperatur müşahidə olunur, ertəsi gün isə qışa xas soyuq geri qayıdır. 

Bakıvaxtı.az İTV-nin hazırladığı süjetə istinadən xəbər verir ki, mütəxəssislər bu cür kəskin temperatur dəyişikliklərinin artıq adi hala çevrildiyini bildirir.

Qlobal istiləşmənin təsirləri isə tədricən Azərbaycanda da daha aydın hiss olunmaqdadır.

Ekspertlər isə yaz və payız fəsillərinə keçid dövrlərində hava şəraitində müşahidə olunan qeyri-sabitlik və dəyişkənliyi təbii hal kimi qiymətləndirirlər. Onların sözlərinə görə, bu cür hallar mütəmadi xarakter daşıyır və əsasən iqlim xüsusiyyətləri ilə əlaqədardır.

Ekoloq Qoxmaz İbrahimli qeyd edib ki, 1980-ci ildən etibarən iqlim dəyişiklikləri və temperatur artımı açıq şəkildə müşahidə olunmağa başlayıb. Bununla belə, mülayim subtropik iqlim qurşağında yerləşən ərazilərdə bu prosesi fəsillərin tam yoxa çıxması kimi qiymətləndirmək düzgün deyil. Bahar və ya payızın itməsi ilə bağlı səsləndirilən fikirlər müəyyən əsaslara söykənsə də, daha çox həmin fəsillərin müddətində qısalma və hava şəraitində dəyişkənliyin artması müşahidə olunur.

Daha ətraflı videomaterialda:


SON XƏBƏRLƏR

23 Aprel 2026