Yaxın Şərqdəki münaqişələrdən sonra kanal üzrə tranzit rüsumları 2,5 dəfədən çox artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Panama Kanalı İdarəsi bildirib.
Qeyd edilib ki, bir gəminin keçid haqqı orta hesabla 140 min dollardan 385 min dollara yüksəlib, bəzi gəmilər isə sürətli keçid üçün 1 milyon dollardan artıq ödəniş edib.
Panama rəsmiləri artan tələbat fonunda kanalın açıq və etibarlı şəkildə fəaliyyətini davam etdirdiyini vurğulayıblar.
Məlumata görə, 2025-ci ilin sonu və 2026-cı ilin əvvəlləri arasında keçid sayında da artım qeydə alınıb və bu, qlobal ticarət marşrutlarındakı dəyişikliklərlə əlaqələndirilir.
Əli Hüseynov
Bakı 




