• Bakı 8° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rusiya səfiri Albaniya XİN-ə çağırılıb

DÜNYA

24 May 2026 | 10:07 | Müəllif: Əli Hüseynov

Rusiya səfiri Albaniya XİN-ə çağırılıb

Rusiyanın Albaniyadakı səfiri izahat üçün bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxha "X" sosial media hesabında məlumat paylaşıb.

Buna səbəb isə Rusiyanın ötən gecə Ukraynaya həyata keçirdiyi raket və dron hücumu nəticəsində Albaniyanın Kiyevdəki səfirinin yaşadığı binanın da hədəfə alınması olub.

"Bu dəfə Albaniyanın Ukraynadakı səfirinin yaşadığı yaşayış kompleksi vurulub və onun həyatına ciddi təhlükə yaranıb. Bu, qəbuledilməzdir!" - XİN rəhbəri vurğulayıb.

F. Xoxha həmçinin bildirib ki, Rusiya Federasiyasının Albaniyadakı səfiri izahat üçün XİN-ə çağırılıb.

"Biz Rusiyaya bu hücumları dərhal dayandırmaq, Ukraynaya qarşı müharibəyə son qoymaq, beynəlxalq hüquqa tam riayət etmək və danışıqlara qayıtmaq çağırışımızı bir daha təkrar edirik", - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026