• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Simonyan prezident olmaq istəyir

DÜNYA

23 Iyun 2026 | 10:05 | Müəllif: Əli Hüseynov

Simonyan prezident olmaq istəyir

Ermənistanda hakimiyyət daxilində ciddi kadr dəyişiklikləri və yeni təyinatlar gözlənilir. Parlamentin spikeri Alen Simonyanın hazırkı dövlət başçısı Vaaqn Xaçaturyanın yerinə prezident təyin edilə biləcəyi iddia olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın "İravunk" qəzeti hökumətdəki etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu barədə qərar Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Mülki Müqavilə" partiyasının idarə heyətinin iclasında qəbul edilib. Bildirilir ki, vəzifəsindən uzaqlaşdırılacaq Vaaqn Xaçaturyan isə Baş nazir Nikol Paşinyanın baş müşaviri postuna gətirilə bilər.

Qeyd edək ki, bundan əvvəl "Hraparak" da hakim komandada prezident kürsüsü uğrunda pərdəarxası mübarizənin getdiyini yazmışdı. Səbəb kimi hazırkı dövlət başçısı V.Xaçaturyanın səhhətində yaranan ciddi problemlər göstərilir.

Məlumat üçün bildirək ki, Vaaqn Xaçaturyan 2022-ci ildə 7 il müddətinə Ermənistan prezidenti seçilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR