• Bakı 23° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Polşa prezidenti Türkiyəyə səfər edəcək

DÜNYA

23 Iyun 2026 | 00:00

Polşa prezidenti Türkiyəyə səfər edəcək

Polşa prezidenti Karol Navrotski iyunun 23-24-də Türkiyəyə rəsmi səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Karol Navrotski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında ölkəyə səfər edəcək.

Bildirilib ki, səfər zamanı keçiriləcək görüşlərdə Türkiyə-Polşa əlaqələrinin müxtəlif istiqamətləri ətraflı müzakirə olunacaq, həmçinin əməkdaşlığın daha da genişləndirilməsi üçün mümkün addımlar nəzərdən keçiriləcək.

Görüşlərin gündəliyinə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi də daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026