• Bakı 23° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Ərdoğan İraqın Baş naziri ilə regional məsələləri müzakirə edib

DÜNYA

22 Iyun 2026 | 22:50

Ərdoğan İraqın Baş naziri ilə regional məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əl-Zeydi ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Məlumata görə, danışıq zamanı Türkiyə-İraq ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan yeni dövrdə Türkiyə ilə İraq arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, xüsusilə enerji, müdafiə sənayesi və nəqliyyat sahələrində əməkdaşlıq potensialının böyük olduğunu vurğulayıb.

Türkiyə lideri geniş məsləhətləşmələrin aparılması məqsədilə Əli Zeydini Türkiyəyə səfərə dəvət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026