q
  • Bakı 15° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.989

    RUB - 2.264

Avroparlamentdə qərarlar və Azərbaycanın informasiya mübarizəsi

SİYASƏT

24 Aprel 2026 | 12:15

Avroparlamentdə qərarlar və Azərbaycanın informasiya mübarizəsi

Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində Avropa paytaxtlarında Azərbaycanla bağlı son qərarlar və ümumi siyasi müzakirələr diqqət mərkəzindədir. Xüsusilə Niderland və Belçika Parlamentləri səviyyəsində qəbul olunan qətnamələr fonunda Azərbaycanın beynəlxalq müstəvidə təmsil olunması və informasiya mübarizəsi məsələləri yenidən aktuallaşıb.

AŞPA-nın yaz sessiyasında iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov proseslə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Avropada Azərbaycana qarşı qərarlar qəbul olunarkən diasporumuz passiv qalır. Onun sözlərinə görə, son illərdə diaspor fəaliyyətində gözlənilən dinamika müşahidə olunmur və bu, beynəlxalq müzakirələrdə müəyyən boşluqlar yaradır:

“Ötən 20 ildə müxtəlif ölkələrdə keçirilən tədbirlərdə iştirak etmişəm və əldə etdiyim təcrübə göstərir ki, diaspor anlayışı hələ də tam formalaşmayıb. Çox zaman fəaliyyət mədəni tədbirlərlə məhdudlaşır, halbuki belə həssas siyasi məqamlarda daha fəal və çevik mövqe ortaya qoyulması vacibdir”.

Əhməd Şahidov: Zəngəzur dəhlizi məsələsi gündəmdədir, xarici dairələrdə Azərbaycana qarşı qərəzli yanaşmalar qalmaqdadır

Ə.Şahidov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müəyyən işlər görülsə də, mövcud reallıqlar daha çevik və nəticəyönümlü yanaşmalar tələb edir:

“Bu gün regionda yeni çağırışlar mövcuddur, sülh prosesi davam edir. Zəngəzur dəhlizi məsələsi gündəmdədir və xarici dairələrdə Azərbaycana qarşı qərəzli yanaşmalar qalmaqdadır. Belə bir şəraitdə həm fərdi təşəbbüslərin, həm də institusional fəaliyyətin gücləndirilməsi Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə daha dolğun şəkildə təqdim olunmasına xidmət edə bilər”.

Aydın Baxış


SON XƏBƏRLƏR

23 Aprel 2026