Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla İran ətrafındakı vəziyyəti müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFMTV Yelisey Sarayına istinadən məlumat verib.
Danışıq zamanı iki liderin Hörmüz boğazı məsələsinə toxunduqları bildirilir. Kanal görüşlə bağlı əlavə məlumat verməyib.
Makronun bundan başqa İordaniya kralı II Abdullah, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Sani və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudla məsləhətləşmələr apardığı bildirilir.
Bakı 




